Accessibility links

Buş administrasiyası kəskin tənqid edilir


ABŞ-ın hər iki partiyasının qanunvericiləri Buş administrasiyasını Suriyanın İsrailin keçən il bombaladığı nüvə reaktoruna dair kəşfiyyat məlumatlarını indi açıqladığına görə kəskin tənqid edirlər. Keçən həftə ABŞ-ın yüksək səlahiyyətli rəsmiləri Suriyanın pluton istehsal etdiyinə inanılan və Şimali Koreyanın yardımı ilə inşa edilən reaktorunun İsrail tərəfindən hədəf alındığına dair məlumatlar açıqlamışdı. Bu açıqlama həm Vaşinqton həm də onun kənarlarında respublikaçı və demokratların dərin narahatlığı ilə qarşılanmışdı.

ABŞ prezidenti Corc Buşun Kapitolidəki yaxın müttəfiqlərindən biri- Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin təmsilçisi Peter Hoekstra keçən həftə keçirilən dinləmələrin cavabdan daha çox suallar doğurduğunu deyir. “Bu, nə dərəcədə işləkdir? Kimin Siryanı maliyyələşdirir? Şimali Koreya ilə Suriya ilə nə dərəcədə sıx əməkdaşlığa malikdir? Şimali Koreya silahların yayılması sahəsində daha haralarda fəaliyyət göstərir?”

Peter Hoekstranın dediyinə görə, Buş administarsiyası bu haqda məlumatı daha tez açıqlasaydı, yoxlanış aparılıb, bu suallara daha tez cavab tapılardı.

Hoeksranın etirazı demokratlarında əks sədası ilə qarşılanıb. Senatın Kəşfiyyat Komitəsinin demokrat üzvü Dayan Feinsteyn bildirir ki, Buş adminsitarasiyası bu məlumatı açıqlamaqla kifayətlənməməli, Beynəlxalq Atom Enerjisi Agentiyini kəşfiyat məlumatı ilə təmin etməlidi idi. ABŞ-ın kəşfiyyat rəsmilərinin keçirdiyi brifinqdə onlar bu məxfi məlumatların gec açıqlanmasını qarşıdurmalar və Yaxın Şərq münaqişəsinə yol verilməməsi cəhdləri ilə izah ediblər.

Suriya nüvə obyektinin fəaliyyətlərinə dair iddiaları rədd edir. 2003-cü il İraq müharibəsinə yol açan kütləvi qırğın silahlarına dair məlumatların yalan olduğu aşkr edildikdən sonra ABŞ kəşfiyyatı ciddi nəzarət altındadır.

XS
SM
MD
LG