Accessibility links

Mahmud Əhmədinejad təbii qaz kəməri ilə bağlı müzakirələr keçirəcək


İran prezidenti Mahmud Əhmədinejad ABŞ-ın etirazına baxmayaraq, İrandan Pakistan və Hindistana çəkiləcək təbii qaz kəməri ilə bağlı müzakirələr keçiriləcəyini deyib. İran lideri 7.5 milyard dollarlıq layihə ilə bağlı müzakirələri Hindistanın baş naziri Mahmohan Singlə keçirəcək. Bundan əvvəl İran və Şri-Lanka prezidentləri 1.5 milyard dollarlıq infrastruktur layihələri də daxil edilməklə 6 razılıq əldə ediblər. Layihələr Şri-Lankanın neftayırma, meliorasiya və digər sahələrinə dəstək məqsədi daşıyır. 4 cənubi Asiya ölkəsinə səfərə çıxan İran prezidenti Əhmədinejad dünən İslambadda olub. Pakistan və İran prezidentləri Pərviz Müşərrəf və Mahmud Əhmədinejad İranın enerji böhranına yardım məqsədi ilə Paksitanı 1100 meqavatt enerji ilə təmin etməsi barədə də razılıq imzalayıb.

XS
SM
MD
LG