Rusiya Azərbaycanı İrana rəsmilərin bir ay bundan əvvəl saxladığı nüvə elektrik stansiyası üçün yükə dair detallarla təmin etdiyini bildirib. Rusiyanın Azərbaycandakı səfirliyi bildirir ki, yüklə bağlı təfərrüatlı məlumat bu gün Azərbaycan hökumətinə göndərilib. Məlumatda bildirilir ki, yük Rusiyanın İranın Buşehr şəhərində inşa etdiyi nüvə elektrik stansiyası üçün istilik izolaysiya materialından ibarətdir. Rusiyanın Bakıdakı səfiri Vasili İstratov deyib ki, o, Azərbaycanın yaxın zamanda yükün İrana daxil olmasına icazə verəcəyinə ümid bəsləyir. Azərbaycanın gömrük idarəsinin zabitləri yükü martın ayının 29-da İran sərhəddində saxlayaraq, bildiriblər ki, bunun BMT-nin İrana qarşı sanksiyasları pozmadığına əmin olmaq istəyirlər. Bu arada Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın Bakıdakı səfirinə məsələnin siyasi deyil, texniki xarakter daşıdığını deyib.