Tehran ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonu İranın İsrailə qarşı hücumunun cavabında yer üzündən silinəcəyi barədə hədələrini tənqid edib. BMT-nin baş katibi Ban Gi Muna və təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktubunda İranın BMT-dəki səfirinin müavini Mehdi-Daneş-Yəzdi senator Klintonun təhdidlərini təhrikçilik, məsuliyyətsizlik və yolverilməz əməl kimi qiymətləndirib. Mehdi-Daneş-Yəzdi deyib ki, İran nüvə silahları da daxil edilməklə, kütləvi qırğın silahlarının hər bir növünü rədd edir. O, Tehranın heç bir ölkəyə qarşı hücuma keçmək niyyəti olmadığını, lakin hücuma məruz qalarsa cavab verəcəyini deyib.
Sabiq birinci xanım Hillari Klinton keçən ay ABC Nyusa müsahibəsi zamanı prezident seçilərsə və Tehran onun sözləri ilə “ağılsızcasına” gələn 10 il ərzində İsrailə qarşı hücuma keçərsə, ABŞ İranı məhv edə bilər.