Accessibility links

İsrail əsgərinin girov götürülməsində əli olan yaraqlı öldürülüb


Israil hərbi təyyarələrinin bu gün Qəzza Zolağınnın Rafah şəhərinə hücumu zamanı Nafiz Mənzur daxil edilməklə, iki Həmas yaraqlısı öldürülüb. İsrail hərbi qüvvələrinin dediyinə görə, Nafiz Mənzur 2006-cı ildə sərhəddəki keşik məntəqəsindən İsrail əsgəri Gilad Şalitin oğurlanmasında və digər iki nəfərin ölümündə əli olmaqda günahlandırılır. Qeyd edək ki, Şalit hələ də girov saxlanılır.

Fələstindən alınan digər xəbərdə deyilir ki, prezident Mahmud Abbas ürəyinin müayinə edilməsi üçün İordaniyanın paytaxtı Amman xəstəxanasındadır. Fələstinlilərin prezidenti, 73 yaşlı Abbasın testlərinin nəticələrinin müsbət və onun sağlam olduğu bildirilir. Cənab Abbas Ramallaha sabah qayıdacaq.

XS
SM
MD
LG