Accessibility links

ABŞ ərazisi Guam adasında demokrat namizədlərə səs verilib


ABŞ ərazisi Guam adasında prezidentliyə demokrat namizədlərin kokozu keçirilib. Bugünkü səsvermə zamanı 2004-cü illə müqayisədə 2 dəfə artıq, 4 minə yaxın insanın iştirak edib. Hesablamalara görə Barak Obama irəlidədir. O, səslərin 55 faizini qazanıb. Sakit okeanının şərq bölgəsində yerləşən olduqca kiçik və uzaq bu adaya Vaşinqtondan uçuş 20 saatdır. ABŞ prezidentliyinə namizəd nə Barak Obama, nə də Hillari Klinton adada olub. Onlar seciçilərinə radio və televiziya vasitəsi ilə müraciət edib.

XS
SM
MD
LG