Accessibility links

ABŞ prezidenti həftəlik radio müraciətini iqtisadi problemlərlə mübarizə səylərinə həsr edib


ABŞ prezidenti Corc Buş bugünkü həftəlik radio müraciətini adminsrasiyasının iqtisadi problemləri ilə mübarizə səylərinə həsr edib. Prezident Buş ilin ilk kvartalında iqtisadi artımın 0.6 faiz təşkil etdiyini deyib və administrasiyasının yavaşıma ilə mübarizədə mühüm ölçülər götürdüyünü bildirib. Corc Buş bildirib ki, iqtisadi stimullaşdırma planı çərçivəsində bu həftə 7 milyon amerikalıya vergilər qaytarılıb. Prezident beləliklə qiymətləri artmaqda olan ərzaq və yanacaq üçün amerikalılara yardım göstərildiyini bildirib. Demokrat konqresmen Andre Karson isə deyib ki, ölkənin iqtisadi tənəzzülünə İraq müharibəsinin hədsiz məsrəfləri səbəb olub. Konrqesmen deyib ki, İran müharibəsinə sərf edilən milyardlarla dollar ABŞ iqtisadiyyatının dirçəldilməsinə xərclənə bilərdi.

XS
SM
MD
LG