Accessibility links

Tibetin ruhani lideri Dalay Lama Çin rəsmiləri ilə danışıqlar keçirib


Tibetin ruhani lideri Dalay Lama Hong Kong yaxınlığındakı Şenzen şəhərində Çin rəsmiləri ilə danışıqlar keçirib. Görüşün təfərrüatı barədə məlumat verilmir. Bu gün Çin prezidenti Hu Tsuntau Tibetə sülh gətirilməsi ilə bağlı danışıqların səmərəli olacağına ümid bəslədiyini bildirib. Pekində Çin prezidenti çərşənbə günü Tokioya yola düşməzdən əvvəl yapon müxbirləri ilə mətbuat konfransı keçirib. Çin mətbuatında Tibet lideri ilə görüş barədə heç bir məlumat verilmir.

XS
SM
MD
LG