Accessibility links

Zimbabvedə prezident seçkilərinin ikinci raundu müəyyən olunur


Zimbabve dövlət qəzetinin verdiyi məlumata görə, ikinci raund seçkilərin vaxtının müəyyən olunması üçün seçki rəsmiləri tezliklə iclas keçirəcək. Ancaq bu seçkilərdə müxalifət namizədinin iştirak edib-etməyəcəyi bəlli deyil. “Bazar məktubu” adlı qəzet Zimbabve Seçki Komissiyasının sədri Corc Çiveşeyə istinadən bildirib ki, komissiya üzvləri mümkün qədər tez bir zamanda toplaşaraq prezident Robert Muqabe və müxalifət namizədi Morqan Tsvanqiray arasında ikinci raund seçkiləri müzakirə edəcək. Müxalif Demokratik Dəyişiklik Hərəkatının liderləri dünən cənab Tsvanqirayın seçkilərin ikinci turunda iştirak edəcəyinin hələ məlum olmadığı barədə xəbərdarlıq etmişdirlər. Partiya liderlərinin sözlərinə görə, onlar inanır ki, Morqan Tsvanqiray martın 29-dakı seçkilərdə qələbə çalmaq üçün tələb olunan kvotanı keçə bilib.
XS
SM
MD
LG