ABŞ prezident seçkilərində demokrat namizədlər Barak Obama və Hillari Klinton İndiana və Şimali Karolina ştatlarında mühüm ilkin seçkilərə hazırlaşırlar. Rəqib iki senator seçicilərin dəstəyini qazanmaq üçün bu iki ştatda gərgin kampaniya aparır.
Şimali Karolina ştatından televizyaya müsahibə verən Hillari Klinton Birləşmiş Ştatlar prezidenti seçildiyi təqdirdə, İran İsrailə hücum edərsə, ciddi müqavimətlə qarşılacağına dair əvvəl verdiyi açıqlamanı bir daha bəyan edib.
Senator Barak Obama Hillari Klintonu tənqid edərək, belə ifadələrin təhrikçi mahiyyət daşıdığını və prezident Buş tərəfindən istifadə edildiyini deyib. Rəy sorğuları Barak Obamanın Şimali Karolina ştatında Hillari Klintondan irəli, İndiana ştatında isə onlar arasında fərqin çox az olduğunu göstərir.
ABŞ prezidentliyinə respublikaçı namizəd senator Con Makkeyn təmsil etdiyi Arizona və Şimali Karolina ştatlarında kampaniya aparır.