Qərargahı Hindistanda olan Tibetin sürgündəki hökuməti Çinin Şenzen şəhərində Çin rəsmiləri ilə Dalay Lamanın nümayəndəsi arasında keçirilən qeyri-rəsmi danışıqların ilk uğurlu addım olduğunu deyib. Tibet nümayəndəsi Lodi Qyari bu görüşü səmimi adlandırmış və danışıqların ikinci raundunun keçiriləcəyi barədə razılıq əldə edildiyini demişdir. Lakin o, danışıqların nə zaman və harada keçiriləcəyi barədə məlumat verməyib.
Danışıqların gedişi barədə bu gün məlumat verən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gin Qanq, onun sözləri ilə desək, “bunun danışıqların başlanğıcı” olduğunu demişdir. Lakin cənab Qanq Tibetin ruhani lideri Dalay Lamanı bütün baş verən hadisələrdə günahlandırmaqda davam etmişdir.