Accessibility links

Dmitri Medvedevin inaqurasıyasına Gürcüstan rəsmiləri dəvət edilməyib


Gürcüstan və Rusiya münasibətləri elə bir mərhələyə çatıb ki, bu gün Rusiya prezidenti Dmitri Medvedevin inaqurasıyasına Gürcüstan rəsmiləri dəvət edilməyib. Rəsmi Tbilisi dəvət almamasına şərhsiz, sakit münasibət göstərib. Gürcüstanın müxalifət liderlərindən biri, münaqişələrin nizamlanması üzrə sabiq nazir Qoqa Xaindrava “Amerikanın səsi”nə şərh verib. ”Bu hadisələr fonunda, Rusiyanın Abxaziyaya əlavə sülhməramlı kontingent yerlədirilməsindən sonra hətta Rusiya inaqurasiyaya dəvət yollasa belə, Gürcüstanın bu tədbirdə iştirakı təəccüb doğurardı“-deyə o bildirib. Qoqa Xaindrava hesab edir ki, Moskva ilə Tbilisinin soyuq müharibə vəziyyətində olmasına baxmayaraq, durum göründüyü kimi qorxulu deyil. Cənab Xaindrava deyib ki, Gürcüstanda hər dəfə seçkilər öncəsi prezident Saakaşvili hakimiyyətdə qalmaq və secicilərin diqqətini daxili məsələlərdən yayındırmaq üçün bu kimi seçkiqabağı təbliğata üz tutur. “Moskvaya isə Gürcüstanda qeyri-legetim bir prezident lazımdır. Vəziyyət elə də mürəkkəb deyil”-deyə müxalifət lideri Qoqa Xaindrava “Amerikanın səsi”nə verdiyi şərhdə bildirib. Bir neçə gün əvvəl müharibə olmayacağını bəyan edən unifikasiya nazir Teymur Yakubaşvili bu gün Gürcüstanın Rusiya ilə müharibəyə yaxınlaşdığını bildirib. Bu gün Gürcüstan ərazilərinin ilhaqına son qoyulması tələbi ilə Rusiyanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçirib.

XS
SM
MD
LG