Accessibility links

Rusiya ABŞ səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarıb


Rusiya Moskvada ABŞ səfirliyinin iki hərbi attaşesinin ölkədən çıxarılması haqda qərar qəbul edib. Dövlət Departamentinin rəsmisi Qonzalo Galeqos deyib ki, ABŞ rəsmiləri bu addıma etiraz bildirib, lakin onu yerinə yetiriblər. O, hərbi attaşelərin ölkəni tərk etdiyini bildirib, lakin detallara toxunmayıb. Rusiya Xarici İşlər Nazirliyi şərh verməkdən boyun qaçırıb.
XS
SM
MD
LG