Olimpiya məşəli Everest dağının 8 000 metr hündürlüyü olan zirvəsinə qaldırılıb. Güclü qara görə 6 saat sürən tur iki gün gecikdirilən tədbiri mümkün edib. Televiziya ilə nümayiş etdirilən kadrlar məşəli daşıyanların külək və qara müqavimət göstərərək, zirvəyə istiqamət aldıqlarını göstərib. Məşəlin yancağı tibetli Norbu Zhamdu tərəfindən ixtira edilib.
Çinin texnologiya naziri Van Qang deyib ki, ekspertlər güclü külək, şaxtalı hava və oksigen çatışmazlığı ilə müşayiət edilən Everest tədbirinə illərlə hazırlıq görüblər.