Accessibility links

Qələbə günü münasibətilə keçirilmiş paradı Rusiyanın yeni prezidenti Dmitri Medvedev qəbul edib


Bu gün Moskvada Qələbə günü münasibətilə keçirilmiş paradda Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq Rusiya silahlı qüvvələri Qızıl Meydanda ağır silahlar nümayiş etdirib. Rusiyanın yeni prezidenti Dmitri Medvedev nasist Almaniyası üzərində qələbənin 63-cü ildömünün qeyd edildiyi tanklar, nüvə raketləri qurğuları və təyyarələrin keçdiyi paradı qəbul edib. Səkkiz min nəfərdən ibarət kütləvə müraicət edən Dmitri Medvedev deyib ki, Rusiya beynəlxalq qanuna hörmət edilməməsinə dözə bilməz. O, həmçinin bəzi ölkələrin başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi onun sözlərilə, “məsuliyyətsiz ambisiyaları”na dair xəbərdarlıq edib.

Rusiyanın baş naziri vəzifəsinə təsdiq edilmiş Vladimir Putin deyib ki, Qələbə günü münasibətilə paradda ağır silahların yenidən nümayiş etdirilməsi Rusiyanın artmaqda olan müdafiə qabiliyyətini göstərir.

XS
SM
MD
LG