Accessibility links

Senator Barak Obama daha iki super nümayəndənin dəstəyini qazanıb


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama partiyadan nominasiya almaq üçün daha iki super nümayəndənin dəstəyini qazanıb. Onun kampaniyasından verilən məlumata görə, konqresmenlər Piter De Fazio və Don Payn İllinoys ştatından senatora dəstəklərini bildiriblər.

Barak Obama avqust ayında partiya qurultayında bu və ya digər namizədi müdafiə edə bilən super nümayəndələrin dəstəyini almaq məqsədilə dünən Konqresin Nümayəndələr Palatasında olmuşdur. Super nömayəndələrin dəstəyi nominasiya prosesində həlledici ola bilər.

Demokrat partiyasından digər namizəd senator Hillari Klinton Vest Virciniya ştatında tərəfdarlarını onun namizədliyinin sona çatdığını deyən siyasi təhlilçilərə əhəmiyyət verməməyə çağırıb. Növbəti ilkin seçkilər bu ştatda keçiriləcək.

XS
SM
MD
LG