Accessibility links

ABŞ Rusiya və Gürcüstan arasında gərginliyin hərbi münaqişəyə çevrilə biləcəyinədən narahatdır


(file photo)" hspace=2 src="/azerbaijani/images/State_Daniel_Fried_2005_berlin_0.jpg" width=210 align=left vspace=2 border=0>Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyasında dinləmələr zamanı danışan Dövlət katibinin yardımçısı Daniyel Frid deyib ki, onun hər iki ölkənin müharibə istəmədiyinə inanmasına baxmayaraq, Birləşmiş Ştatlar Rusiya və Gürcüstan arasında gərginliyin arta biləcəyindən narahatdır.

“Biz qorxuruq ki, bu səviyyədə gərginlik, bu qədər silahlı adam və çox sayda provokasiyalar problemin genişlnməsinə gətirib çıxara bilər və ölümlər, atışmalar, nəzarətdən çıxmış bir vəziyyət yarana bilər.”

Məsələnin əsasında Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiya regionları təşkil edir. Regionların 1990-cı illərdə öz müstəqilliyini elan etməsi döyüşlərlə və orada Rusiya sülhümmühafizə qüvvələrinin yerləşdirilməsilə nəticələnmişdi. Gürcüstan Rusiya hərbi qüvvələrini separatçılara dəstək vermkədə itiham edərək hər iki regionu mərkəzi hökumətin nəzarəti altına keçirməyə söz verib.

Gərginlik keçən ay Gürcüstan Rusiyanı oun hava hövzəsində pilotsuz idarə olunan təyyarəni vurmaqda ittiham etməsindən sonra artmışdır. Moksva bu iddianı rədd edir.

Rusiya bu yaxınlarda hər iki regionla əlaqələrin genişlənməsi istiqmətində təşəbbüslərini açıqlamış və Abxaziyada sülhümühafizə qüvvələrinin sayını artırmışdır.

Gürcüstan prezidenti Mixail Saakaşviliyə istinad edən Rusiya mətbuatı Abxaziya ətrafında Rusiya-Gürcüstan hərbi münaqişəsi təhlükəsinin çox yüksək olduğunu bildirib. Moskva Gürcüstan sərhəd bölgəsində hərbi mövcudluğunu artırdığı təqdirdə Abxaziyaya daha artıq qüvvə göndərəcəyilə hədələyib.

Dövlət katibinin yardımçısı Deniyel Frid tərəflərə müraciət edərək, xüsusilə də Rusiyanı təmkin göstərməyə çağırıb.

“Biz Rusiyadan gələn gərgin ritorika istəmirik. Bəzən Gürcüstan da kəskin ritorika aparır. Biz Gürcüstanı təmkin göstərməyə çağırdığımız halda, kiçik və kövrək bir ölkə ilə çox böyük bir ölkə arasında fərq olduğunu yadımızda saxlamalıyıq. Gürcüləri təmkin göstərməyə çağırsaq da, onlar daha zəif tərəfdir və onların ərazisi təhlükə altındadır.”

Konqresin Nümayəndələr Palatası bu yaxınlarda vəziyyətlə əlaqədar qətnamə layihəsi qəbul edib. Burada Nümayəndələr Palatası Rusiya hökumətinin təhrikedici və təhlükəli bəyanatları, habelə addımlarının Gürcüstanın ərazi bütövlüyünü sarsıtdığı ilə bağlı narahatlığını ifadə edib.

Dövlət katibinin yardımçısı Deniyel Frid qətnamə layihəsində Gürcüstana ifadə edilmiş dəstəyi alqışlayıb. Onun sözlərinə görə, qətnamə gürcülərdə onların tək olmadığına dair inam yarada bilər, Abxaziya və Cənubi Osetiyada vəziyyətin sülh yolu ilə konstkruktiv və diplomatik şəkildə həll edilməsində onlara kömək edə bilər.

XS
SM
MD
LG