Accessibility links

Birmada konstitusiya referendumu keçirilir


Bir həftə əvvəl siklon fəlakəti nəticəsində ən azı 62 min insanın həlak olması və itkin düşməsindən sonra milyondan çox sakinin yardım gözlədiyi bir vaxt Birmada bu gün konstitusiya referendumu keçirilir. Dağıdıcı qasırğa Birma hərbi hökumətini güclü dağıntılara məruz qalmış ərazilərdə səsverməni mayın 24-nə kimi təxirə salmağa məcbur etsə də, digər ərazilərdə planlaşdırıldığı kimi referendum bu gün keçirilib. Ölkənin hərbi liderləri deyir ki, yeni konstitusiya “Demokratiya üçün yol xəritəsi”nin bir hissəsidir və bu, 2010-cu ildə ümummilli seçkilərin keçirilməsinə icazə verəcək. Ancaq xalqı səsvermədə “yox” deməyə çağıran müxalif Milli Demokratiya Liqası referendumun yalnız hərbi hökumətin səlahiyyətlərini artırmaq mahiyyəti daşıdığını bildirib.

XS
SM
MD
LG