Accessibility links

Türkiyə qüvvələri 19 kürd yaraqlısını öldürüb


Türk ordusu ölkənin cənub-şərqində davam etdirdiyi döyüşlər zamanı 19 kürd yaraqlısını öldürüb. Rəsmi Ankaranın bu gün açıqladığı bəyanatda deyilir ki, militantlar İraq və İranla sərhəd olan Hakkari vilayəti qırıcı təyyarələr tərəfindən hücuma məruz qalarkən öldürülüb. Döyüşlər nəticəsində 2 türk əsgəri həlak olub. Yaraqlıları təqib etməyə başlayan qoşun bu zaman daha 4 itki verib. Ordu bildirir ki, keçən həftə İraqın şimalında keçirilən əməliyyatlar zamanı PKK-ya güclü zərbə endirilib. Nəticədə bir çox yaraqlı qaçıb və iki yaraqlı lider isə gizlənib. Yaraqlılar heç kəsin qaçmadığını bildirir.
XS
SM
MD
LG