Accessibility links

İsrail Hamasla atəşkəsi nəzərdən keçirir


İsrail deyir ki, Hamasla atəşkəs təklifini dinləmək üçün Qüdsdə Misirli vasitəçini qəbul edəcək. Müdafiə nazirinin müavini Matan Vilnay bu gün İsrail radiosuna bildirib ki, onun hökuməti Misrin kəşfiyyat rəhbəri Ömər Süleyman tərəfindən təqdim olunan atəşkəs təklifini nəzərdən keçirəcək. Lakin İsrailin baş naziri Ehud Olmert bu gün deyib ki, Hamas Qəzzadan qaynaqlanan bütün raket və minamyot hücumlarına görə məsuliyyət daşıyır. O, xəbərdarlıq edib ki, hücumlar dayanmadığı təqdirdə İsrail qüvvə ilə sakitliyi bərpa edəcək. Bu arada Hamasın hərbi qanadı bir döyüşçüsünün Qəzza-İsrail sərhədində partlayış nəticəsində öldüyünü xəbər verib.
XS
SM
MD
LG