Serbiyada bu gün Kosovonun qərbin dəstəyilə müstəqilliyini elan etməsindən sonra Belqrad hökumətinin Avropaya yaxınlaşacağı, ya da uzaqlaşacağını müəyyən edəcək ümumu seçkilər keçirilir. Seçki öncəsi rəy sorğuları qərbin Kosovoya dəsətyindən qəzəblənmiş millətçilərin prezident Boris Tadiçin qərb tərəfdarı koalisiyasından bir qədər irəli olduğunu göstərir. Cənab Tadiç Serbiyanın Avropa Birliyinə üzv qəbul edilməsin, millətçilərsə Rusiya ilə əlaqələrin daha da yaxınlaşmasına çalışır. Kosovoda azlıqda olan serblər də Serbiyanın parlament və yerli seçkilərində səs verirlər. BMT-nin Serbiyanın bu keçmiş vilayətindəki müşahidəçi missiyası serblərin Kosovonun daxilində səs verməsiyini BMT qətnaməsinin pozulması demək olduğunu və nəticələrin ləğv olunacağını bildirib.