Accessibility links

Livanda atışmalar yenidən başlayıb


Livan siyasətçilərinin Ərəb Dövlətləri Birliyinin nümayəndə heyətinin Beyruta gəlişini gözlədikləri bir vaxt ölkənin şimalında hökuməti dəstəkləyənlərlə müxalifətdəki Hizbullah yaraqlıları arasında yenidən atışmalara yol verildiyi bildirilir.

Birliyin Xarici İşlər Nazirləri dünən açıqladıqları bəyanatda tərəfləri atəşkəsə səsləyib. Birliyin nümayəndə heyətinin yaxın günlərdə Beyruta gedəcəyi gözlənilir. İndiyə qədər atışmalarda azı 61 nəfər həlak olub və təxminən 200 nəfər yaralanıb.

XS
SM
MD
LG