ABŞ-ın İraqdakı hərbi qüvvələri Bağdadın Sədr şəhərində atəşkəs haqda razılığa baxmayaraq, Birləşmiş Ştatlar rəsmiləri dünən və bu gün bir neçə insidentin baş verdiyi haqda məlumat veriblər. Sədr şəhərinin sakinlərinin bildirdiyinə görə, İraq hökumətinin keçən həftənin şənbə günü atəşkəs haqda razılığı elan etməsindən sonra zorakılıqların səviyyəsi azalıb.
Mart ayında İraqın baş naziri Nuri əl-Məlikinin şiə fraksiyalarına qarşı əməliyyatlar haqda qərar verməsindən sonra Sədr şəhərində döyüşlər nəticəsində yüzlərlə insan həlak olmuşdur.