Ellis Island Nyu-York buxtasında yerləşir. “Amerika darvazası” adlanan bu ada bir zamanlar başlıca mühacirət mərkəzi olub.
1892-1924-cü illər arasında Ellis adasından 20 milyon immiqrant ölkəyə daxil olub. Amerikalıların təxminən 40 faizinin ailəsində ABŞ-a oradan daxil olan ən azı bir üzv var. Hazırda bu tarixi yerin bərpa edilməsinə çalışılır.
Ellis adasında immiqrasiya mərkəzi 1924-cü ildə bağlanıb. Orada bütün binalar boş idi. İmmiqrantlar limanda rütubətli hava şəraiti səbəbilə evləri tərk etməyə başlayıblar. 1976-cı ildə isə Azadlıq abidəsi bərpa olundu. Bu, ABŞ-ın 200-cü ildönümü ilə bağlı idi. Ellis adasının əsas binaları təmir edildi və mərkəz qapılarını ziyarətçilərə açdı. Ada Amerikanın immiqrant muzeyi və şərəf memorialı oldu. Ötən bir neçə ildə qeyri-hökumət təşkilatları Ellis adasında başqa binaların da təmir və bərpa edilməsi üçün pul ayrılmasına cəhd göstərirlər. İndi məşhur və adi amerikalılar internetdə və televiziya ekranlarında peyda olaraq kömək istəyirlər. Onlar əcdadlarının Ellis adasındakı həyat təcrübələrindən danışırlar.
Misal üçün Avropadan Nyu York limanına gəmilər daxil olan zaman, o vaxtki sakinlər varlı sərnişinlərin sənədlərini yoxlayar, kasıbları isə sakitçə qarşılayardılar. Avropadan gələnlər bir neçə yoxlanışdan keçərdilər. Gün ərzində 5 mindən çox immiqrant onları gözləyən həkim qrupunun yanına aparılardı. Həkimlər onlardan əl-üstü fiziki əqli imtahan çərçivəsində 13 saniyəlik tibbi yardım nə olduğunu soruşardılar. Testi keçə bilməyən immiqrantlar üçün bu, yeni Amerika həyatı ümüdlərinin puç olması demək idi. Onlardan bəziləri Avropaya qaytarılmamışdan əvvəl Ellis Adası hospitalına göndərilərdi. Hospital bərpa olunacaq təhlükəli binalar biridir.
O zaman Amerikada yeni həyata başlayan bəzi imiqrantlar üçün Ellis adası ümid və uğurlarının hekayətini əks etdirir. “Ellis İsland”ın qorunması kampaniyasını dəstəkləyənlər deyir ki, oradakı binalar tam bərpa olunmalıdır. Onlar tarixlərini qorunub saxlanılması üçün tarixi binaların da saxlanmasını istəyirlər.
Emil Quliyev