Accessibility links

Çində zəlzələ səbəbilə ölənlərin sayı artmaqdadır


Çin mətbuatının bildirdiyinə görə, cənub-qərbi Siçuan vilayətində şiddətli zəlzələ səbəbi ilə 3100 nəfərin həlak olduğu, 18000 insanın dağıntılar altında qaldığı deyilir. Ölənlərin sayına görə Mianyang şəhərində vəziyyət ağırdır. Belə ki, zəlzələnin episentri yaxınlığında yerləşən bu şəhərdə 12 000 insan həlak olub. Vencuan vilayətində aparılan xilasetmə əməliyatları ilə ölənlərin sayı daha da artır. Çinin 50000-dən artıq əsgəri qüvvəsi xilasetmə əməliyyatlarına cəlb edilib.

Bu arada Pekinin Olimpiya Komitəsi 2008-ci il Yay Olimpiya Oyunları məşəlinin gələn ay Çinin zəlzələyə məruz qalmış Siçuan vilayətindən keçəcəyini bildirib. Komitənin bu gün Pekində çıxış edən sözçüsü deyib ki, zəlzələnin məşəlin estafetinə təsiri olamayacaq. Belə ki, fəlakət zonası məşəlin martşrutu üzərində deyil.

XS
SM
MD
LG