Pakistan nazirlər kabinetinin sabiq baş nazir Nəvaz Şərifin partiyasından olan üzvləri istefa ərizələrini yazıblar. 6 həftədir mövcud olan koalisiya hökumətinin 9 naziri bu gün İslamabadda istefa ərizələrini baş nazir Yusif Rza Gilaniya təqdim edib. Cənab Şərif dünən bəyan etmişdi ki, partiyası dəyişmiş hakimlərin bərpası haqda razılaşmaya əməl olunmaması səbəbilə koalisiyanı tərk edir, ancaq sabiq baş nazir deyib ki, o, müxalifətə qoşulacaq. Cənab Şərif və Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari məhkəmə sisteminin bərpasın detalları barədə razılığa gələ bilməyiblər.