Accessibility links

Viktor Yuşenko  hesabat məruzəsini təxirə salıb


Ukrayna prezidenti Viktor Yuşenko parlament qarşısındakı illik hesabat məruzəsini təxirə salıb. Buna baş naziri dəstəkləyən qanunvericilərin onun podiuma çıxışına mane olması səbəb olub. Etiraz edən qanunvericilər prezidenti baş nazir Yuliya Timoşenkonun inflyasiya ilə mübarizə səylərinə dəstək verməməkdə günahlandırıb.

Parlament binası qarşısında hadisəyə şərh verən prezident Yuşenko baş naziri inflyasiyanın artmasına yol açan populizmdə ittiham edib. Viktor Yuşenko hakim koalisiyada birliyə səsləyib və yeni parlament seçkilərinə dair çağırışları rədd edəcəyini deyib.

XS
SM
MD
LG