Accessibility links

ABŞ prezidenti Corc Buş Yaxın Şərqə səfərinin ilk dayancağı olan İsraildədir


ABŞ prezidenti Corc Buş İsrail-Fəlsətin sülh prosesinin canlandırılması səyləri və İsrail dövlətinin yaradılmasının 60-cı ildönümü münasibəti ilə İsrailə səfər edib. Tel-Əvivin hava limanında ABŞ dövlət başçısını Israilin milli qvardiyası salamlayıb. ABŞ prezidenti deyib ki, həm İsrail, həm də Amerika təməlləri qoyulduğu vaxt ciddi çətinliklərlə üzləşib, dövlətçiliyin inkişafına yardım məqsədi ilə onlar eyni prinsiplərə əsaslanıb. İsrailin baş naziri Ehud Olmert prezident Buşa İsrailin ildönümü mərasimindəki iştirakına görə təşəkkürünü bildirib. Bu gün Corc Buş cənab Olmert və İsrail prezidenti Şimon Pereslə görüşməlidir.

XS
SM
MD
LG