Accessibility links

Hillari Klinton nominasiya uğrunda mübarizədə qələbə çalacağını deyib


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Demokarat partiyasından nominasiya uğrunda mübarizədə qələbə əldə edəcəyini bildirib. Xanım Klinton bu vədi əsasən rəmzi mahiyyət daşıyan Qərbi Virciniya ştatındakı qələbəsindən sonra verib. Ştatın paytaxtı Çarlston şəhərində tərəfdarları qarşısında çıxış edən sabiq birinci xanım deyib ki, noyabrda keçiriləcək ümümmilli seçkilərdə qələbəyə o, daha çox hazırdır. Böyük əksəsriyyətlə əldə edilən bu qələbəyə baxmayaraq, Hillari Klinton nümayəndə baxımından Obamadan hələ də geridədir. Supernümayəndələr avqust ayında partiyanın qurultayı zamanı istədikləri namizədə səs vermək hüququna malikdir.
XS
SM
MD
LG