Accessibility links

Çinin hərbi təyyarələri Siçuan vilayətindəki kəndlərə yardım çatdırır


Çin hərbiçiləri təyyarələr vasitəsilə Siçuan vialyətinin dağlıq bölgəsindəki kəndlərdə zəlzələdən zərər çəkənlərə ərzaq malları və dərman bağlamaları atır. Lakin evlərin, məktəblərin və binaların atında qalanların xilas edilməsi üçün vaxt daralır. Çin rəsmiləri zərlzələ nəticəsində 15000 adamın həlak olduğunu bildirsələr də, ölənlərin sayının bundan daha çox ola biləcəyi gözlənilir. Rəsmilər 40000 adamın itkin düşdüyünü təxmin edirlər. Xilasetmə briqadaları zəlzələdən ən çox zərər çəkən bölgədə dağıntılar altından bir neçə adamı xilas edə biliblər.
XS
SM
MD
LG