Accessibility links

Çində zəlzələ nəticəsində ölənlərin sayının artacağı gözlənilir


Çin bildirir ki, bazar ertəsi günü baş verən zəlzələnin episentri yaxınlığındakı 400 damba və rezervuar zədələnib. Çin hökuməti ölənlərinin sayının 50000 ola biləcəyini bildirib. Ordu dağıntılar altında qalan 10 minlərlə insanı xilas etməyə çalışır. Ölkənin cənub-qərbindəki Siçuan vilayətinin rəsmiləri deyirlər ki, hazırda ölənlərin sayı 19 500-ü keçib. Sinxua xəbər agentliyinin bildirdiyinə görə, Siçuan vilayətindəki Zipinqpu dambasını təmir etmək üçün qoşun göndərilib. Çin ordusu Siçuan vilayətinə 130000 qoşun və zərər çəkənlərə təcili təchizatlar vermək üçün 101 vertolyot göndərib.

XS
SM
MD
LG