Accessibility links

Corc Buş Yaxın Şərqə səfərini Səudiyyə Ərəbistanında davam etdirir


ABŞ prezidenti Corc Buş İsrail səfərini başa vurduqdan sonra Səuidyyə Ərəbistanına gedib. Bu gün Səudiyyə kralı Abdulla ilə görüşən prezident rekord səviyyəsinə yüksələn neft qiymətləri məsələsini müzakirə edib. ABŞ prezidenti Səudiyyə Ərəbistanından neft istehsalını artırmaqla qiymətlərin nəzarətdə saxlanmasına yardım etməsini istəsədə Səudiyyə rəhbərliyindən müsbət cavab almayıb.

Yanvar ayında da bu ölkəyə edilən eyni müraciət rədd edilmişdi. Dünyanın neft ehtiyatlarının beşdə bir hissəsi Səudiyyə Ərəbistanının payına düşür. ABŞ dövlət başçısı səudiyyə səfəri çərçivəsində Amerika ilə o ölkə arasındakı əlaqələrin 75 illiyini qeyd edəcək.

XS
SM
MD
LG