Rusiya Təhlükəsizlik Xidməti zorakılıqlara məruz qalan Şimali Qafqaz regionunda fəaliyyət göstərən Gürcüstanın kəşfiyyat agentini həbs edib. Federal Təhlükəsizlik Xidməti həbs olunan Ramzan Turkoşvilinin Gürcüstanda anadan olmuş Rusiya vətəndaşı olduğunu bildirir. Gürcüstan rəsmiləri bunu dərhal rədd edərək, hadisəni təhrikçilik faktı kimi qiymətləndirib.
Rusiyadan verilən xəbərlərdə agent Gürcüstan xidməti üçün işləməkdə, Rusiyanın cənubunda İslamçı və saparatçı döyüşçülərlə koordinasiya yaratmaqda ittiham olunur. O, 2004-cü ildə İnquşetiyada 100 nəfərin həlak olması ilə nəticələnən hücumda məsuliyyət daşıyan Zəlimxan Xanqaşvili ilə əlaqəsi olmaqda günahlandırılır.