Accessibility links

Çində baş verən sellər yer sürüşmələrinə səbəb olub


Çin rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi baş verən zəlzələnin episentri yaxınlığındakı əraziyə sel gəldiyi üçün yaxınlıqdakı kəndlərdən minlərlə sakinin evakuasiya edilməsinə göstəriş verilib. Çinin rəsmi Şinhua xəbər agentilyi bu gün bildirib ki, zəlzələdən sonra yer sürüşməsi Qinqzu çayının bir hissəsini tutaraq axının qarşısını alıb və nəticədə su ətrafı basıb.

Amerikanın Səsinin müxbiri Daniel Skearf zəlzələ səbəbindən dağılmış Şiçuan vilayətinin Beyçuan şəhərində yüzlərlə insanın yüksək yerlərə qaçdığını deyir. Rəsmilər ölənlərin sayının artıq 29000 olduğunu deyirlər. Lakin onlar bu rəqəmin 50000ə çatacağını guman edirlər.

XS
SM
MD
LG