Accessibility links

Pakistanın Əfqanıstandakı səfiri Tariq Əzizəddin azad edilib


Pakistan rəsmiləri bildirirlər ki, Taliban yaraqlıları Pakistanın Əfqanıstandakı səfirini azad ediblər. Rəsmilər səfir Tariq Əzizəddinin xəsarət almadığını deyirlər. Fevral ayında Pakistan rəsmiləri Talibanın yüksək rütbəli komandiri Molla Mənsur Dadullanın həbs edildiyini bildirdikdən bir gün sonra yaraqlılar səfir Əzizəddini cangüdəni ilə birlikdə, Əfqanıstanla həmsərhəd Pakistan tayfalarının yaşadığı Xeybər bölgəsində girov götürmüşdülər. Pakistan rəsmiləri səfirin hansı şərtlə azad edildiyi barədə məlumat verməyiblər.
XS
SM
MD
LG