Accessibility links

Həmasla  münaqişənin sülh yolu ilə həlli vaxtı keçir


İsrailin baş naziri Ehud Olmert bu gün kabinet nazirlərinə Qəzza zolağına nəzarət edən Həmasla münaqişənin sülh yolu ilə həlli vaxtının keçdiyini bildirib. O deyib ki, İsrail mövcud duruma dair təcili qərar verməlidir. Baş nazir fələstinlilərin Qəzzadan İsrailin cənub bölgəsinə qarşı raket hücumlarına dözülməyəcəyini desə də, İsrailin sərhədyanı sahələrdə sülh və sabitliyi bərqərar etməyə çalışacağını bildirib. İsrailin müdafiə naziri Ehud Barak sabah Misirdə İsraillə Fələstin arasında atəşkəsə vasitəçilik edən prezident Hüsnü Mübarəklə görüşməlidir. Tərəflər arasındakı razılaşmaya əsasən hücumlar dayandırılmalı , İsrail Qəzzanın blokadasına son qoymalıdır.

XS
SM
MD
LG