Accessibility links

V.Yuşenko: "Dimitri Medvedevin hakimiyyəti dövrü münasibətlərimizin yaxşılaşacağı gözlənilir"


Ukrayna prezidenti Viktor Yuşenkonun sözlərinə görə, ölkəsinin yeni prezident Dimitri Medvedevin hakimiyyəti dövrü Rusiya ilə münasibətləri yaxşılaşdırması gözlənilir. Cənab Yuşenko Londona səfəri zamanı Böyük Britaniyanın “Sky News” telekanalına deyib ki, o, həm Kiyev həm də Kremlin münasibətləri yaxşılaşdırmaqda maraqlı olmasına inanır. Prezident keçən ay hakimiyyət başına gəlmiş cənab Medvedevi özü ilə eyni dövrün insanları adlandırıb. Rusiya-Ukrayna münasibətləri 2004-cü ildə “Narıncı inqilab”ın ardınca cənab Yuşenkonun qərbyönümlü hökumət qurmasından sonra pisləşmişdi. Rusiya hazırda Ukraynanın NATO üzvlüyü istiqamətində fəaliyyətlərinə etirazını bildirir.
XS
SM
MD
LG