Accessibility links

Nərgiz siklonunun zərər vurduğu zonalara xarici tibbi komandalar göndərilir


Birma Cənub Şərqi Asiya regionundakı qonşularına Nərgiz siklonunun zərər vurduğu zonalara xarici tibbi komandalar göndərməsinə icazə verib. May 3-də baş verən tufanla bağlı yardım səylərinə qadağalar tətbiq edən hökumət üçün bu mühüm addım hesab olunur. Beynəlxalq yardım rəsmiləri deyirlər ki, indiyədək alınan yardım aclıq və epidemiyanın qarşısını almaq üçün kifayət etmir. Razılıq bu gün Sinqapurda Cənub-Şərqi Asiya Dövlətləri ASEAN-ın yığıncağında əldə olunub. Xarici işlər nazirləri siklon qurbanlarına yardımı koordinasiya etmək haqda qərar veriblər. Birma hökuməti siklon nəticəsində 78000 adamın öldüyünü, 56000 adamın isə itkin düşdüyünü deyir.

XS
SM
MD
LG