Accessibility links

Livanın rəqib fraksiyaları milli birlik hökuməti haqda razılığa gəliblər


Livanın rəqib siyasi fraksiyaları 18 aylıq böhrana son qoyaraq yeni prezident və milli birlik hökuməti haqda razılığa gəliblər. Hizbullahın başçılığı ilə müxalifət və qərb tərəfdarı hökumət beş gün sürən danışıqlardan sonra, bu gün Qətərin Doha şəhrində razılıq imzalayıblar. Rəsmilər bildirib ki, razılığa əsasən parlament ordu generalı Mişel Süleymanı prezident seçmək üçün bazar günü toplaşacaq. Xatırladaq ki, Livan noyabr ayından prezidetsiz qalmışdır. Razılığa görə, yeni hökumət 30 nazirdən təşkil ediləcək. Onların 16-nı iqtidarda olan partiya, 11-ni isə müxalifət təmsil edəcək. Nazirlərdən 3-nü isə prezident təyin edəcək.
XS
SM
MD
LG