Accessibility links

Con Neqroponte Pakistana militantlarla danışıqlar barədə xəbərdarlıq edib


ABŞ-ın ali rəsmisi deyib ki, Buş administrasiyası Pakistana Əfqanıstanla sərhəd boyunca yerləşmiş militantlarla danışıqlar aparılması barədə xəbərdarlıq edib. ABŞ dövlət katibinin müavini Con Neqroponte Konqres dinləmələrində bildirib ki, militantlarla hər hansı bir razılıq onlara Pakistanda və dünyanın başqa guşələrində terror hücumları planlaşdırmağa kömək edə bilər.

Pakistanın yenicə seçilmiş hökumtinin bəzi üzvləri ölkə daxilində təhlükəsizliyi gücləndirmək üçün Əl Qaida ilə əlaqəsi olan Taliban militantları ilə sülh razılığının tərəfdarıdırlar. Atəşkəsə baxmayaraq Taliban militantları Pakistanın şimal –qərbində hücumları davam etdirirlər.

XS
SM
MD
LG