Accessibility links

AB və Rusiya arasında strateji tərəfdaşlıq barədə saziş imzalanıb


27 dövlətin daxil olduğu Avropa Birliyi Rusiya ilə strateji tərəfdaşlıq barədə uzunmüddəti danışıqlara başlanması ilə bağlı razılıq əldə ediblər. Rotasiya üzrə qurumun prezidenti olan Sloveniyanın bəyanatında deyilir ki, saziş bu gün birliyin səfirlərinin Brussel sammitində imzalanıb. Bəyanatda həmçinin nazirlərin bu razılaşmanı rəsmən gələn bazar ertəsi dəstəkləyəcəyi deyilir. Saziş tərəfdaşlıq razılaşması üzərində 2 illik çıxılmaz vəziyyətə son qoyur. Bu, Rusiya və qərbi Avropa arasında genişmiqyaslı siyasi, ticari və enerji məsələlərini əhatə edir. Moskva ilə ət idxalı barədə mübahisələr səbəbilə danışıqlara ilk dəfə Polşa qadağa qoymuşdu. Daha sonra Litva da Kremlə məhdudiyyətlər tətbiq etmişdi.
XS
SM
MD
LG