Accessibility links

Gürcüstanda parlament seçkiləri keçirilir


Seçkilər zamanı pozuntuların qeydə alınması barədə məlumat verərək, ölkə müxalifəti tərəfdarlarını paytaxt Tbilisidə etiraz yürüşünə səsləyib. Gürcüstanın əsas müxalifət koalisiyası deyib ki, onların fəallarından biri Abxaziya regionu yaxınlığındakı məntəqədə səs verməyə gedərkən öldürülüb. Gürcüstan televiziyasının bildirdiyinə görə, hücumçu Qali rayonunda iki avtobusu yandırıb və bunun nəticəsində bir neçə adam yaralanıb. Keçən il müxalifət tərəfdarları və hökumət qüvvələri arasında zorakı qarşıdurmalardan sonra prezident Mixail Saakaşvili ilkin seçkilərin keçirilməsinə çağırıb.
XS
SM
MD
LG