Accessibility links

ABŞ senatoru Edvard Kennediyə beyin xərçəngi diaqnozu qoyulub


Nadir beyin xərçəngi diaqnozu qoyulan ABŞ senatoru Edvard Kennedi xəstəxananı təkr edib. 76 yaşlı Massaçussets qanunvericisi həkimlərin növbəti testlər və müalicə üsullarını müəyən edənədək evində qalacaq. Ekspertlər bədxassəli qlioma diaqnozu qoyulan xəstələrin yarısının bir ildən artıq yaşamadığını deyirlər.

Ted Kennedi bir neçə gün əvvəl Boston xəstəxanasına çatdırılmıdşı. Senator Kennedi mərhum prezident Con F Kennedinin yeganə sağ qalan qardaşıdır. Onların digər qardaşı Robert Kennedi 1968-ci ildə sui-qəsdin qurbanı olmuşdu. Senator ABŞ Senatında liberal səs kimi 1962-ci ildən yer alır.

XS
SM
MD
LG