Accessibility links

Kürd üsyançıları ilə döyüş zamanı 2 türk əsgəri həlak olub


İraqla sərhəddəki kürd üsyançıları ilə döyüş zamanı iki türk əsgərinin həlak olduğu bildirilir. Türkiyədən verilən məlumatlarda deyilir ki, atışma Türkiyə hərbi qüvvələrinin dünən Şırnak vilayətindəki Kato dağında, yaraqlılara qarşı hücum həyata keçirən zaman baş verib. Üçüncü türk əsgərinin yaralandığı bildirilir.

Türkiyədə fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə partiyası, PKK yaraqlılarına qarşı ölkə ərazisində və İraqın şimal bölgələrində əməliyyatları bu il intensivləşdirib. Türkiyə və ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır.

XS
SM
MD
LG