Accessibility links

Gürcüstanda seçkilərin son nəticələri açıqlandı


Gürcüstan parlament seçkilərinin son nəticələri göstərir ki, prezident Mixail Saakaşvilinin partiyası 60 faizdən aşağı səs toplayıb. Mərkəzi Seçki Komissiyasının sözçüsü Zurab Kaçkaçişvilinin dediyinə görə, prezidentin Milli Birlik Hərəkatı yeni parlamentdə ən azı 120 üzvlə təmsil olunacaq. Ölkənin əsas müxalifət qrupu olan Vahid Müxalifət demək olar ki 18 faiz səs toplayıb, ancaq nəticələri rədd edən koalisiya liderləri yeni parlamenti boykot etməyi planlaşdırdıqlarını bildiriblər. Bəzi müxalifət liderləri isə tərəfdarlarını yeni etiraz dalğasına səsləyib. Gürcüstan seçkilərində bir sıra problemlərin qeydə alındığını dilə gətirən ATƏT müşahidəçiləri, bu sıraya kampaniya dövründə hədə-qorxular və səslərin hesablanmasında prosedur çatışmazlıqlarının daxil olduğunu bildirib.
XS
SM
MD
LG