Accessibility links

İsrail, Həmas və İran


İsrail yəhudi dövlətinin yaranmasının 60-ci ildönümünü qeyd edib. Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays Vaşinqtonda etdiyi çıxışında amerikalıların İsraili dəstəkləməsindən söz açıb: “60 ildir ki, Amerika administrasiyaları – demokrat, respublikaçılar, liberal və mühafizəkarlar bir-birlərilə bir çox məsələlərdə razılaşmayıblar, lakin onlar bir məsələdə vahid mövqedən çıxış ediblər: demokratik müttəfiqimiz olan İsrailin təhlkükəsizliyini və azadlığını təmin etmək üçün üzərimizə götürdüyümüz təəhhüdə sadiqik.”

Dövlət Katibi Kondoliza Rays Birləşmiş Ştatların İsrail ilə fələstinlilər arasında sülhə nail olmaq, iki demokratik İsrail-Fələstin dövlətinin yanbayan bir-birilə dinc yanaşı yaşamasına verdiyi dəstəyi bir daha təkrar edib. Lakin bu məqsəd, bizim siyasətimizdə terrorçu qrup sayılan Həmas kimi ekstremistlərin təhlükəsi ilə üzləşir: “Onlar zorakılıqdan əl çəkməyi rədd edirlər, İsrailin mövcudluq hüququnu tanımırlar. Onlar İsrail ilə Fələstin muxtar idarəsi arasında bağlanan bütün müqavilələrə hörmət etməkdən boyun qaçırırlar. Onlar regionu sabitsizləşdirməyə, nüvə silahları əldə etməyə və İsraili məhv etməyə çalışan İran rejiminin fateh əsgərlərinə çevriliblər.”

Xanım Rays deyir: “Açıq şəkildə bildirmək istəyirəm ki, İsrail ilə fələstinlər arasında sülhə nail olmaq bizim üçün həyati əhəmiyyət kəsb edir. Lakin həmçinin açıq qeyd etmək istəyirəm ki, biz həmişəki kimi, İsraili onun təhlükəsizliyinə hədə törədən hərəkətlərdən müdafiə edəcəyik.”

Xanım Rays bildirib ki, Fələstin Muxtar idarəsinin prezidenti Mahmud Abbas və Baş Naziri Salam Fəyyad legitim hökuməti terrorçulara qarşı mübarizə aparmalı və hökuməti daha da səmərəli idarə etməlidir. Lakin fələstinlilərin liderlərinin beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var. Onların daha çox Ərəb həmkarlarına ehtiyacı var. Və bu dövlətlər İsrail dövlətini tanımaqla Yaxın Şərqdə ədalətli sülhə inandıqlarını nümayiş etdirməlidirlər.
XS
SM
MD
LG