Accessibility links

Zimbabve müxalifət lideri vətənə qayıdıb


" hspace=2 src="/azerbaijani/images/ap_zimbabwe_Tsvangirai_harare_24may08_eng_175.jpg" width=189 align=left vspace=2 border=0>Zimbabve müxalifət lideri Morqan Tsvanqiray iyunun 27-də keçiriləcək ikinci raund prezident seçkiləri öncəsi kampaniya aparmaq üçün vətənə qayıdıb. Cənab Tsvanqiray planlaşdırılmış uçuşla bu gün səhər Cənubi Afrika Respublikasından gələn təyyarə ilə Harare airoportuna enib. Demokratik Dəyişiklik Hərəkatının lideri keçən həftə ölkəsinə qayıtmağı planlaşdırırdı, ancaq ona qarşı sui-qəsd hazırlandığına dair şaiyələrə görə cənab Tsvanqirayın səfərini təxirə salınmışdı. Hökumət və hakimiyyətdə olan ZANU-PF partiyası ona qarşı sui-qəsd hazırlandığını rədd ediblər. Müxalifət lideri martın 29-u seçkilərin birinci raundundan qısa bir müddət sonra ölkəni tərk etmişdi.
XS
SM
MD
LG