Accessibility links

Rusiya prezidenti Çinlə əməkdaşlığa dünya məsələlərində mühüm amil kimi baxır


Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Rusiyanın Çinlə münasibətləri dünya miqyasında başlıca amillərdən biridir və bunu nəzərə almamaq mümkün deyil. Rusiya lideri bu gün Pekin universitetinin tələbələrilə görüşdə bildirib ki, beynəlxalq ictimaiyyət bu iki ölkə olmadan heç bir mühüm qərarı verə bilmir. Onun sözlərinə görə, Rusiya digər ölkələr bundan narahat olsa da, Çinlə münasibətlərin yaxınlaşdırılması kursunu davam etdirəcək.

Cənab Medvedev bu açıqlamaları Çinə səfərinin ikinci günü verib. Bu gün o, Pekinin Tyananmın meydanında Xalq qəhrəmanlarının abidəsi önünə əklil qoyub. Dmitri Medvedev Milli Xalq Konqresinin sədri Vu Banqquo ilə görüşüb, Rusiya və Çin partlamentləri arasında daha geniş əməkdaşlığa ehtiyac olduğuğunu vurğulayıb.

XS
SM
MD
LG