Accessibility links

Siçuan vilayətində sədlərin dağılma təhlükəsi artır


Çin rəsmilərinin bildirdiyinə görə, Siçuan vilayətində iki həftə əvvəl baş verən zəlzələ nəticəsində ziyan dəymiş sədlərin dağılma təhlükəsi artır. Çinin Su Resursları Nazirliyinin bəyanatında deyilir ki, 69 su səddi dağılma təhlükəsi altındadır. Dövlət Metereologiya Bürosunun bildirdiyinə görə, bu gün və sabah üçün proqnozlaşdırılan ağır yağışlar torpaq sürüməsinə səbəb ola bilər ki, bu da öz növbəsində 5 milyon evsiz insanın sığınacaqlara yerləşdirilməsi səylərinə mane olacaq. Hökumət may ayının 12-də baş verən zəlzələnin 62664 nəfərin ölümü, 23775 adamın itkin düşməsinə səbəb olduğunu bildirir. Ölənlərin sayının 80000-ə yüksələcəyi təxmin edilir.

XS
SM
MD
LG