Accessibility links

Barak Obama və Hillari Klinton Puerto Rikoda kampaniyalarını davam etdiriblər


ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hillari Klinton gələn həftənin bazar günü praymeri keçiriləcək Puerto Rikoda kampaniyalarını davam etdiriblər. Öndə gedən namizəd Barak Obama paytaxt San Xuanda təşkil edilən siyasi parada rəhbərlik edib. Sabiq birinci xanım Hillari Klinton isə adanın qərb bölgəsindəki Aquadilla şəhərində tərəfdarları qarşısında çıxış edib. O, bir milyona yaxın Ruerto Rikolu sakini olan Nyu-Yorkun senatoru kimi onlarla sıx əlaqələrə malik olduğunu deyib. Puerto Rikonun 55 namizədindən çoxunu Hillari Klintonun qazanacağı təxmin edilir. Bu ərazi prezident seçkilərində səs verməyəcək.

XS
SM
MD
LG